Azərbaycan nefti ucuzlaşır


Digərləri 05 İyl 2018 04:27:16 338 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 78,44 dollar/barel təşkil edib

Bakı. Ənvər Məmmədov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 78,44 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,79 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 3-də 77,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,78 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 3-də 74,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,79 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 3-də 75,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.