Ramil Usubov: "Təxribata çağıran adamlar haqqında qanun çərçivəsində tədbir görülməsi davam etdirilir"


Digərləri 05 İyl 2018 01:38:00 334 0

Ramil Usubov: "Təxribata çağıran adamlar haqqında qanun çərçivəsində tədbir görülməsi davam etdirilir"

Bəzi təxribata çağırışlar olur, həmin adamları müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.

Ramil Usubov bildirib: "Hadisə baş verəndən sonra dərhal Sizin tapşırığınızı rəhbər tutaraq göstəriş verdim ki, biz fövqəladə hallarda hansı hərəkəti etməliyik. Daxili İşlər Nazirliyi olaraq digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işlədik hazırladıq və həyata keçirməyə başladıq. Məruzə edirəm ki, təqribən 30 min nəfərin təxliyə olunmasında Fövqəladə Hallar Nazirliyi ilə birgə iştirak etdik və eyni zamanda, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında da yol polisi onları müşayiət etdi. Hərəkətin təhlükəsizliyi ilə bağlı, hörmətli cənab Prezident, Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşını da Bakı şəhərində bu işə cəlb etdik və normal hərəkət təmin olundu.