Virtual reallıq üçün ilk kostyum yaradılıb


Digərləri 04 İyl 2018 23:56:00 290 0

Virtual reallıq üçün ilk kostyum yaradılıb

"Holosuit" şirkəti "Kickstarter" platformasında əlavə və virtual reallıq proqramları üçün nəzərdə tutulan "HoloSuit" kostyumunun buraxılışı üçün 53 min dollar toplayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, unikal texnologiya 6 düymə, 36 hərəkət ötürücüsü, əl, ayaq və bədəndə yerləşən 9 əks-rabitə zonası, eləcə də 10 barmaqda əks-rabitə nöqtələri ilə təchiz edilib. Sistem tam simsiz işləyir.

Məlumata görə, kostyumu fərdi kompüter, smartfon, virtual reallıq qarniturlarına qoşmaq mümkündür. Qurğu idman oyunları, virtual reallıq attraksionları, tibb, təhsil və sənaye seqmentlərində istifadə üçün nəzərdə tutulub.