41 yaşlı qadın tanıdığı şəxs tərəfindən döyülüb


Kriminal 04 İyl 2018 23:12:00 326 0

41 yaşlı qadın tanıdığı şəxs tərəfindən döyülüb

Cəlilabadda 41 yaşlı qadın döyülüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Maşlıq kəndində baş verib.

Məlumata görə, həmin kənd sakini, 1977-ci il təvəllüdlü Mehbarə Məmmədhəsən qızı Əmənova tanıdığı şəxs tərəfindən döyülüb. Müxtəlif dərəcəli xəsarət alan qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.