BakıQazax yolunda meyit tapılıb


Digərləri 04 İyl 2018 22:53:00 253 0

BakıQazax yolunda meyit tapılıb

Bakı-Qazax magistral yolunun kənarında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Son.az APA-ya istinadən bildirir ki, magistral yolun Goranboy rayonu Nizami kəndi ərazisindən keçən hissəsində yaşı təxminən 50-55 yaşlarında olan kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.