Bakıda mənzildə yanğın olub


Digərləri 04 İyl 2018 22:12:00 287 0

Bakıda mənzildə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 18 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.