Lətif Xan: İslamabad və Bakı birbaşa aviaəlaqə və vizasız rejimi təşkil etməlidir


Digərləri 04 İyl 2018 21:03:13 280 0

Lətif Xan: İslamabad və Bakı birbaşa aviaəlaqə və vizasız rejimi təşkil etməlidir

Azərbaycan və Pakistan birbaşa aviaəlaqəni və birbaşa bank xidməti kanalını təşkil etməli, tarif maneələrini götürməli, alternativ avtomobil və dəmir yolu şəbəkələrini yaratmalı, eləcə də ikitərəfli ticarət-iqtisadi münasibətlərin möhkəmlənməsi üçün vizasız rejim tətbiq etməlidir

Bakı. Fikrət Doluxanov - Azərbaycan və Pakistan birbaşa aviaəlaqəni və birbaşa bank xidməti kanalını təşkil etməli, tarif maneələrini götürməli, alternativ avtomobil və dəmir yolu şəbəkələrini yaratmalı, eləcə də ikitərəfli ticarət-iqtisadi münasibətlərin möhkəmlənməsi üçün vizasız rejim tətbiq etməlidir. Trend-in məlumatına görə, bunu Bakıda keçiriləcək biznes-foruma həsr olunmuş mətbuat konfransı zamanı Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatasının prezidenti Zahid Lətif Xan deyib.