"Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ daha yaxşı gələcək qura bilər"


Siyasət 04 İyl 2018 20:57:00 336 0

"Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ daha yaxşı gələcək qura bilər"

Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ daha yaxşı gələcək qura bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

Bu il AB-ın müstəqilliyinin 242 illiyinin, Azərbaycan Xalq Cümhuriyyətinin isə 100 illiyinin qeyd edildiyini xatırladan U.Gil bunun xüsusi məna kəsb etdiyini deyib.

Diplomat qeyd edib ki, müstəqillik günündən etibarən ABŞ Azərbaycanı hər zaman dəstəkləyib:

"Biz müstəqil və stabil Azərbaycanı dəstəkləməyə davam edirik. Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ iki ölkə və bütün dünya üçün daha yaxşı bir gələcək qura bilər".