Samir Şərifov: "Azərbaycan ABŞ-ın münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir"


Sosial 04 İyl 2018 19:27:12 330 0

Samir Şərifov: "Azərbaycan ABŞ-ın münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir"

Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.

"Report"un məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Qil deyib ki, iyulun 4-üailə üzvlərinin bir araya gəlibdemokratiyanı qeyd etməkvə ABŞ-ın azadlığı uğrunda həlak olanları yad etmək üçün bir bayramdır: "ABŞ-ın prezidenti Vudro Vilson100 il bundan əvvəl bildirib ki, həm Azərbaycan, həm də ABŞ xalqı tarixi və əsas dəyərləri ehtiramla yad etməklə bizə cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyənləşdirməyə imkan verir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu ölkə ilə çiyin-çiyinə çalışıb. ABŞ müstəqil, sabit və çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir".

Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi maraqlar çərçivəsində inkişaf edir: "ABŞ Azərbaycanın regionda həyata keçirdiyi transmilli enerji layihələrinə həmişə dəstək verib". O həmçininiki ölkə arasında həyata keçirilən səfərlərin və dövlət başçılarınınbir-birinə ünvanladığı təbriklərin əhəmiyyətindən danışıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Azərbaycan ABŞ-ın ATƏT-in Minsk qrupununhəmsədr ölkəsi kimi bu münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir.

Daha sonra tədbirdə ABŞ ilə bağlı konsert keçirilib.