Flipp Koku türk futbolçu ilə bağlı qərarını verdi


İdman 04 İyl 2018 19:39:00 305 0

Flipp Koku türk futbolçu ilə bağlı qərarını verdi

Geridə qalan mövsümdə Fenerbahçe-nin abiq baş məşqçisi Aykut Kocamanın heyətdən kənarlaşdırdığı Ozan Tufanla bağlı qərar verilib. Goal.az xəbər verir ki, klubun yeni çalışdırıcısı Filipp Koku, 23 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyib.

İngiltərə təmsilçisiCrystal Palace-in gənc oyunçu üçün "sarı lacivərdlilər"ə rəsmi təklif göndərməsinə baxmayaraq, holland baş məşqçi Ozanın komandada qalmasını və ona şans vermək istədiyini bildirib.