Azərbaycanda yol təsərrüfatına 24 min manatdan çox ziyan vuruldu FOTO


Digərləri 04 İyl 2018 18:42:00 287 0

Azərbaycanda yol təsərrüfatına 24 min manatdan çox ziyan vuruldu  FOTO

Ötən gün bir sıra magistral avtomobil yollarında yol nəqliyyat hadisələri zamanı yol təsərrüfatına ciddi şəkildə ziyan dəyib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometriliyində, "Mercedes Benz" markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 p/m metal təhlükəsizlik səddi və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8440 manat olub.

Bundan başqa M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometriliyində, "Kamaz 53229" markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 p/m metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212.80 manatdır.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometriliyində, "Howo" markalı, 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 136 p/m metal təhlükəsizlik səddi yararsız hala salınıb. 8758.40 manat ziyan dəyib


Xəbərə aid fotolar