Dələduzluğa görə bəraət alan qadın həbsdə saxlanıldı


Digərləri 04 İyl 2018 18:48:00 256 0

Dələduzluğa görə bəraət alan qadın həbsdə saxlanıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 7 il cəza verilməsini istəyib.

Təqsirləndirilənin vəkili müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Dürdanə Əhmədovaya bu iş üzrə bəraət verilib. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğuna görə azadlığa buraxılmayıb.