Türkiyədə seçkilərin YEKUN NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 04 İyl 2018 18:45:00 361 0

Türkiyədə seçkilərin YEKUN NƏTİCƏLƏRİ açıqlandı

Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-ü keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Bakı. Rufiz Hafizoğlu – Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb. Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.