Maradona: ”Həmin hakimin beysboldan yaxşı başı çıxar”


İdman 04 İyl 2018 18:40:00 341 0

Maradona: ”Həmin hakimin beysboldan yaxşı başı çıxar”

Dünya çenpionatının 1/8 final mərhələsində İngiltərə - Kolumbiya matçını idarə edən hakim Mark Qeyqer keçmiş futbolçu Maradonanın tənqidinə məruz qalıb.

Goal.az xəbər verir ki, Argentina millisinin keçmiş futbolçusu bu hakimin futboldan anlamadığını deyib:” Mən ilk dəfə İnfantino ilə söhbət edəndə elə bildim ki, FİFA futbolu nizamlayacaq. İngiltərə - Kolumbiya oyununda soyğunçuluq gördüm. Məncə, həmin matçın hakiminin beysboldan yaxşı başı çıxar. Futboldan isə heç nə bilmir. Onu, sadəcə, oğru adlandırardım.” Bir müddət əvvəl isə Mark Qeyqerin hakimliyi Mərakeş millisinin üzvü Amrabat tərəfindən tənqid olunmuşdu. Onun sözlərinə görə, Ronaldoya rəğbət bəsləyən bu hakim portuqaliyalının futbolkasını hədiyyə olaraq istəmişdi.