“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatı keçirilib


Digərləri 04 İyl 2018 18:12:00 273 0

“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatı keçirilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) bu gün "Qarabağ" adlı mobil tətbiqetmə layihəsinin təqdimat mərasimini keçirib.

Son.az Trend -ə istinadən xəbər verir ki, AGAT-ın sədri Lalə Mehdiyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Qarabağ" adlı mobil tətbiqetmə layihəsinin əsas məqsədi Qarabağla bağlı reallıqların yeni texnologiyalardan istifadə etməklə ictimaiyyətə çatdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət göstərən yerli və xarici ekspertlərə, soydaşlarımıza gündəlik xəbər əldə edilməsini asan və rahat yolla təmin etmək, Qarabağ haqqında məlumatları çağdaş dövrün tələblərinə uyğun vahid mobil bazaya yığmaqdır.

L.Mehdiyevanın sözlərinə görə, bu layihənin əsas üstünlüklərindən biri istifadəçinin sayta daxil olmadan bütün xəbərləri telefonla operativ şəkildə, bildiriş formasında əldə etməsidir. L.Mehdiyeva 3 dildə olacaq mobil əlavənin daha çox xarici auditoriya üçün nəzərdə tutulduğunu da söyləyib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, bu layihənin Qarabağla bağlı olması onun əhəmiyyətini olduqca artırır:

"Layihə ilə tanış olanda həqiqətən də onun aktuallığını başa düşdük. Çünki biz bu gün informasiya cəmiyyətində yaşayırıq. Etiraf etməliyik ki, bu gün televizora baxanların, yazılı mətbuatı izləyənlərin sayı azalır. Bu gün informasiyanı mobil cihazlarla əldə etməyə çalışırıq. Bu baxımdan mobil telefonlarda müxtəlif proqramların olması, mədəniyyət, iqtisadiyyat, sosial və digər sahələr üzrə belə əlavələrin yaradılması əhəmiyyətlidir".

V.Quliyev əlavə edib ki , bu gün bizim ən çox informasiya almalı olduğumuz məsələ Qarabağla bağlıdır.

V.Quliyevin sözlərinə görə, dünya ictimaiyyəti də bu əlavə vasitəsilə Qarabağ haqqında həqiqəti öyrənə bilər: