Musiqili Teatr 108ci mövsümün ən yaxşılarını mükafatlandırdı


Kriminal 04 İyl 2018 18:18:00 326 0

Musiqili Teatr 108ci mövsümün ən yaxşılarını mükafatlandırdı

108-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub.

Teatrın mətbuat xidmətindən Son.az-a bildirilib ki, Əməkdar artist Pərviz Məmmədrzayev - "Ən yaxşı kişi roluna görə", Gülnarə Abdullayeva - "Ən yaxşı qadın roluna görə", Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə - "Mövsümün ən yaxşı rejissor işinə görə", Elnarə Nağdəliyeva - "Mövsümün sevilən aktrisası", Nicat Əli (Həbibov) - "Mövsümün sevilən aktyoru", Gülnarə Əzizova -  "Mövsümün məhsuldar aktyoru", Nərgiz Kərimova - "Bərpa tamaşasında uğurlu roluna görə",  Roman Krasnov - "Mövsümün ən yaxşı balet artisti", Təranə Əliyeva - "Mövsümün ən yaxşı xor artisti", Yusif Hüseynov - "Mövsümün ən yaxşı musiqiçisi", Fəridə Aslanova - "Mövsümün ən işgüzar əməkdaşı", Hüseyn Nağıyev - "Mövsümün ən yaxşı uşaq roluna görə", Tamilla Sadıqova - "Teatrın dostu", Kəmalə Novruzova -  "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə qalib olub. Həmçinin Əsgər Əsgərovun quruluşunda  özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyası - "Mövsümün ən yaxşı tamaşası" seçilib.  

Azərbaycan Respublikasının xalq artisti Fatma Mahmudova və Əməkdar artist Almaz Ələsgərova Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.


Xəbərə aid fotolar