Milli Məclisin maşını "su qiymətinə" satışda


Digərləri 04 İyl 2018 17:56:00 300 0

Milli Məclisin maşını "su qiymətinə" satışda

İyulun 31-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək hərracda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri buraxılış tarixləri 2006, 2007-ci illər, markaları BMW, "Nissan" və "Fiat" olmaqla, vətəndaşlara təklif olunur.

Qeyd edək ki, 2006-cı il istehsalı olan "BMW 730" markalı avtomobil Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansına aiddir. Avtomobilin hərracda start qiyməti 25200 manatdır.

Hərraca çıxarılan "Nissan Maxima" Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansındadır. Bu avtomobilin hərracda start qiyməti 2350 manatdır.