Xalq Bankın Visa kartı ilə ödə - iPhone X qazan!


Digərləri 04 İyl 2018 17:58:00 278 0

Xalq Bankın Visa kartı ilə ödə - iPhone X qazan!

Kampaniyada Xalq Bank tərəfindən buraxılan Visa Platinum, Visa Gold, Visa Classic, Visa Electron kartları iştirak edir.

Bakı. Xalq Bankın Visa kartlarının istifadəçiləri ölkə xaricinə səyahət zamanı “Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et” kampaniyasında iştirak edə və dəyərli hədiyyələr qazana bilərlər. Bankdan Trend-ə verilən məlumata görə, kampaniyanın iştirakçısı olmaq üçün cari ilin avqust ayının 31-dək ölkə xaricində Xalq Bankın Visa kartı ilə ödəniş etmək, www.visa.com.az saytına daxil olaraq qeydiyyatdan keçmək və kart əməliyyatları haqda məlumatı göstərmək lazımdır. Kampaniyada, Mərkəzi Bankın ödəniş gününə olan valyuta mübadilə kursuna əsasən 10 AZN ekvivalentində və daha yüksək məbləğdə tranzaksiyalar iştirak edə bilər. Uduş fondu 6 ədəd GOPro Hero 5 Black kamerası və 1 ədəd iPhone X 64 GB smartfonundan ibarətdir.