İnter argentinalı hücumçu transfer edib


İdman 04 İyl 2018 17:34:00 273 0

İnter argentinalı hücumçu transfer edib

Çempionlar liqasında mübarizəyə qoşulacaq İnter növbəti transferini rəsmiləşdirib. Goal.az xəbər verir ki, "nerazzurri" hücum xəttini Lautaro Martineslə gücləndirib.

20 yaşlı argentinalı hücumçu ilı 5 illik müqavilə imzalanıb. Argentinanın Racing klubundan transfer olunan Martinesin qiyməti rəsmən açıqlanmasa da, İtaliya KİV-i onun İnter-ə 25 milyon avroya başa gəldiyini iddia edir. İnter bir neçə gün öncə hollandiyalı Stefan de Vreyi heyətində qatmışdı.