Həyat və fəaliyyəti cəmiyyət üçün parlaq nümunə olan şəxsiyyət FOTO


Digərləri 04 İyl 2018 17:14:00 404 0

Həyat və fəaliyyəti cəmiyyət üçün parlaq nümunə olan şəxsiyyət  FOTO

Möhkəm əqidəli, vətənpərvər şəxsiyyət, Heydər Əliyev ideyalarına sadiq olan fədakar insan. Bu ifadələr Yaşar Tofiqi Əliyevin həyat və fəaliyyətini səciyyələndirir. Yaşar Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərinin, dövlətçiliyin inkişafına mühüm töhfələr verən fəaliyyətinin başlıca ştrixlərini daha aydın təsvir etmək üçün bir sıra nüanslara xüsusi diqqət yetirmək lazımdır.

1948-ci ildə Bakı şəhərində anadan olan, 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olan və 1971-ci ildə oranı bitirərək həkim ixtisasına yiyələnən Yaşar Əliyev əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində başlayıb. Gənc yaşından ictimai-siyasi sahədə fəal iştirak edən Yaşar Əliyev partiya və komsomol işində aktivlik nümayiş etdirərək müxtəlif tədbirlərdə uğurla təmsil olunub. Bunun nəticəsi kimi, Yaşar Əliyev 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may ayınadək Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Bu, yüksək prinsipiallığa və vətənpərvərlik hissinə malik olan Yaşar Əliyevin ictimai-siyasi işlərdə fəal təmsil olunduğunu ifadə edən mühüm faktlardan biridir.

YAŞAR ƏLİYEV 13 İL ƏRZİNDƏ 2500-DƏN ÇOX PERSONALIN TƏMSİL OLUNDUĞU SEMAŞKO ADINA BAKI ŞƏHƏRİ 1 NÖMRƏLİ XƏSTƏXANAYA UĞURLA RƏHBƏRLİK EDİB

Yaşar Əliyevin əmək fəaliyyətinin çox mühüm mərhələlərindən birini onun 13 il ərzində Semaşko adına Baki şəhəri 1 nömrəli xəstəxanaya uğurla rəhbərlik etməsi ilə bağlıdır. O, 1982-ci ilin dekabr ayına kimi həkim, sonra baş həkimin müavini və 1984-cü ilin mart ayından xəstəxananın baş həkimi işləyib. O zaman ölkəmizdə ən böyük tibb müəssisəsinin baş həkimi olan və 2500 nəfərdən artıq personalın təmsil olunduğu böyük bir kollektivə uğurla rəhbərlik edən Yaşar Əliyev bu müddət ərzində səhiyyə sahəsində innovasiyaların tətbiqi və elmi təcrübə mübadiləsi sahəsində mühüm xidmətlər göstərib. Onun rəhbərliyi dövründə xəstələrin müayinəsi və müalicəsi sahəsində mühüm irəliləyişlər qeydə alınıb, yeni korpuslar və laboratoriyalar istifadəyə verilib, bəhs olunan tibb müəssisəsinin işi xeyli dərəcədə təkmilləşib. Bu dövrdə çoxsaylı elmi müdafiələr və təcrübələr də həyata keçirilib.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN FƏAL MÜDAFİƏÇİSİ

Mühüm məqamlardan biri budur ki, Sovet imperiyası tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsi zamanı gülləbaran edilmiş - xəsarət almış və dünyasını dəyişmiş insanlar Semaşko adına Bakı şəhəri 1 nömrəli xəstəxanaya gətirilmiş və bütün bunlar sənədləşdirilərək deputat-istintaq komissiyasına və Respublika Prokurorluğuna təqdim edilmiş, o cümlədən bir çox ölkələrin səfirliklərinə göndərilmişdi.

Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən Yaşar Əliyevi cəmiyyətə daha yaxşı tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində vətənpərvər bir ziyalı kimi Azərbaycanın qarşılaşdığı problemlərə görə narahatlıq keçirməsi və ölkəmizin xaosdan, anarxiyadan qurtulmaq üçün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizədə yer alması idi. O da digər vətənpərvər insanlar kimi həmin dövrdə ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü.

Məlumdur ki, həmin dövrdə hakimiyyətdə olan rəhbərlərin yarıtmaz və antimilli siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi, tənəzzülün məngənəsində idi, eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğalı davam edirdi. Belə bir mürəkkəb və çətin şəraitdə yeganə çıxış yolu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Yaşar Əliyev belə bir situasiyada əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək Ulu öndərin ölkəni xilas etməsinin zəruriliyini qeyd edir, bu istiqamətdə fədakar və mübariz yanaşma ortaya qoyurdu. Hələ Heydər Əliyev Naxçıvan MR-da olarkən Heydər Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsinin üzvü kimi Yaşar Əliyev fədakarlıq nümayiş etdirərək dəfələrlə muxtar respublikaya səfər etmiş, Onunla görüşərək mənəvi dəstəyini ifadə etmiş, Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsinin xalqın tələbi olduğunu ifadə etmişdi. Yaşar Əliyev Heydər Əliyevə və Onu dəstəkləyənlərə qarşı təzyiqlərin olduğu bir dönəmdə parlamentdə də Ulu öndərin fəal müdafiəçisi kimi çıxış edirdi. O, 1992-ci ilin mayın 18-də AXC-"Müsavat" cütlüyünün hakimiyyəti qəsb etməsi, qeyri-qanuni yolla və parlamentə təzyiq göstərilməsi metodu ilə İsa Qəmbərin Milli Məclisə sədr seçilməsi ilə bağlı çıxış edərək öncə ölkədəki vəziyyətin müzakirə edilərək müvafiq qiymətləndirilməsini, bundan sonra parlament sədrinin seçilməsini tələb etmiş və parlament sədri postuna ən layiqli namizədin məhz təcrübəli dövlət xadimi, dünya siyasətini dərindən bilən Heydər Əliyev olduğunu cəsarətlə vurğulamışdır. Parlamentdə Ulu öndər Heydər Əliyevə qarşı kampaniya aparılarkən Yaşar Əliyev Ümummilli liderin azsaylı müdafiəçilərindən biri idi. Bu dövrdə parlamentdə təmsil olunan 360 deputatdan, hansı ki, onların böyük əksəriyyəti Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə dövlət və hökumət strukturlarında vəzifəyə, rayon rəhbərliyinə irəli çəkilmişdi,- yalnız bir neçəsi bu təşəbbüsü dəstəkləmişdi və Yaşar Əliyev də bu sırada yer alırdı. AXC-"Müsavat" hakimiyyətinin "parlament çevrilişi" olaraq 360 deputatın səlahiyyətlərinin 50 nəfərdən ibarət deputata verilməsi ilə yaradılmış Milli Şura əslində qətiyyən milli iradəni ifadə etmirdi. Lakin xalqın nəzərində öz legitimliyini tam itirməmək üçün onun sıralarında obyektivliyi və peşəkarlığı cəmiyyətdə şübhə doğurmayan Yaşar Əliyev kimi ziyalılarında təmsil olunmasına imkan verilmişdir. Həmin vaxt AXC-"Müsavat" hakimiyyəti, xüsusilə parlamentin o dövrdəki rəhbərliyi Ulu öndər Heydər Əliyevin Milli Şuranın üzvü olmadığı üçün parlamentə sədr seçilməsinin mümkün olmadığı iddiası ilə çıxış edərkən məhz Yaşar Əliyev Heydər Əliyevin Milli Şuraya seçilməsi üçün öz deputat mandatından imtina etməyə hazır olduğunu ifadə edərək əsl vətəndaşlıq və yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirmişdi.

YAŞAR ƏLİYEV QANUNVERİCİLİK SAHƏSINDƏ SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ HÜQUQİ DÖVLƏTİN İNKİŞAFINA VƏ PARLAMENTARİZM ƏNƏNƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİB


Xəbərə aid fotolar