Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirir (FOTO)


Digərləri 04 İyl 2018 17:04:00 309 0

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirir (FOTO)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatası qarşılıqlı anlaşma memorandumu imzalayıb

Bakı. Ənvər Məmmədov - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistanın Ravalpindi Ticarət-Sənaye Palatası qarşılıqlı anlaşma memorandumu imzalayıb. Trend-in məlumatına görə, sənədi AZPROMO-nun sədri vəzifələrini icra edən Yusif Abdullayev və Ravalpindi Ticarət-Sənaye Palatasının rəhbəri Zahid Lətif Xan imzalayıb. Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında Pakistanla ticarət dövriyyəsi 5,82 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 38,6 faiz çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin