Ucarda 5 otaqlı ev yandı


Digərləri 04 İyl 2018 16:30:00 232 0

Ucarda 5 otaqlı ev yandı

Ucarın Qaradağlı kəndində ev yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.