"Dedi ki, səs çıxarsan öldürəcəm" Bıçaqla hədələnən qadın VİDEO FOTO


Digərləri 04 İyl 2018 16:20:00 296 1

"Dedi ki, səs çıxarsan öldürəcəm"  Bıçaqla hədələnən qadın  VİDEO  FOTO

Müştəri kimi avtomobilə əyləşib ünvana çatmaq istəyən qadın sürücünün və daha bir nəfərin hücumuna məruz qalıb. Ancaq qadını bıçaqla qorxudub pulunu alanlar çox da uzağa qaça bilməyiblər.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb. 

Bakı şəhər sakini Leyla Kazımova metronun "Əhmədli" stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi "Mersedes" markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.

Leyla Kazımova - zərərçəkən şəxs: "Dedi ki, səs çıxarsan səni öldürəcəm. Mən də bıçağa müqavimət göstərə bilmədim. Əlini saldı 30 manat pulumu götürdü. Dedim pulumu ver. Vermədi".

Zərərçəkən şəxs bu barədə Surxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Ehtibar Həsrətov tutulublar. 


Xəbərə aid fotolar