DİNdən Gəncədəki kriminal hadisə ilə bağlı rəsmi məlumat


Digərləri 04 İyl 2018 15:47:00 273 0

DİNdən Gəncədəki kriminal hadisə ilə bağlı rəsmi məlumat

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət edən T.İbrahimov şəhər ərazisindəki xətt avtobuslarının birində cibindən 315 manat pulunun oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun  Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elbrus Manafov olduğu müəyyən edilib.