Barcelona-nın sabiq prezidentinə qarşı növbəti ittiham


İdman 04 İyl 2018 15:29:00 300 0

Barcelona-nın sabiq prezidentinə qarşı növbəti ittiham

İspaniya polisi Barcelona-nın sabiq prezidenti Sandro Rosellə bağlı istintaqa başlayıb.  Goal.az xəbər verir ki, polis əməkdaşları onun telefon danışıqlarını ələ keçiriblər. Rosell 2012-ci ildə Kataloniya klubunun sabiq futbolçusu Erik Abidala küçürülən qaraciyərin qanunsuz yolla alındığını etiraf edir. Rəsmi olaraq, futbolçunun donoru onun Jerar adlı əmisi oğlu olub. Anonimliyi qorumaq məqsədi ilə onun haqqında heç bir məlumat verilməyib. Rosellin günahının sübuta yetirilməsi üçün bütün sənədlər məhkəməyə təqdim olunub. Sabiq prezident çirkli pulların yuyulması iddialarına görə, 2017-ci ildən həbsdədir. 

Erik Abidalın qara ciyərində 2011-ci ildə xərçəng aşkarlanıb. Onun 2012-ci ildə əməliyyatı uğurlu olub. Fransa millisinin sabiq futbolçusu hazırda Barcelona-nın texniki direktorudur.