32 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlərdən ödəniş tələb edir VİDEO


Digərləri 04 İyl 2018 15:02:00 350 0

32 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlərdən ödəniş tələb edir  VİDEO

32 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu Bakı Nəqliyyat Agentliyinin göstərişinə riayət etmir.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, metronun "Neftçilər" stansiyasından "28 May" stansiyasi istiqamətində hərəkətən edən marşturlardan (10-TG-768 dövlət nömrə nişanlı, 07015 eyniləşdirmə seriyalı) birinin sürücüsü sərnişinlərdən ödəniş tələb edib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi göstərişi ilə bu gün Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir. Bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin və tapşırığa əməl etməyən daşıyıcıların isə cərimələnəcəyi bildirilib.

Xatırladaq ki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən bu gün Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

Videonu izləmək üçün şəklə klikləyin: