Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır


Digərləri 04 İyl 2018 14:56:00 256 0

Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır

Müəllimlərin işə qəbulu üçün test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməyə başlanılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva – Müəllimlərin işə qəbulu üçün test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməyə başlanılması nəzərdə tutulur. Tremd-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib. Onun sözlərinə görə, avqustun 1-dək imtahanların keçirilməsinin yekunlaşdırılması planlaşdırılır.