Qriqorçuk: "Almeyda uğrunda mübarizədə ciddi rəqiblərimiz vardı"


İdman 04 İyl 2018 14:48:00 243 0

Qriqorçuk: "Almeyda uğrunda mübarizədə ciddi rəqiblərimiz vardı"

Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın komandaya transferi ilə bağlı danışıb. Goal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Almeydanı yaxşı tanıdığını söyləyib.

"Milliləşdirilmiş braziliyalı "Qarabağ"ın heyətində klubun uzun müddət liderlərindən biri olub və sonradan Azərbaycan yığmasında çıxış edib. "Astana"ya rəhbərlik edəndən sonra qarşıda duran vəzifələri həll etmək üçün anlayırdım ki, komandanın gücləndirilməsi tələb olunur. Təsəvvür edirəm ki, klubun prezidenti Sayan Hamitjanov futbolçunu razı salmaq üçün hansı işləri görüb. Bu futbolçu uğrunda mübarizədə "Astana"nın ciddi rəqibləri var idi. Lakin paytaxt klubu onunla müqavilə bağlamağı bacardı" deyə Qriqorçuk bildirib.

Qazaxıstanın "Astana" klubu Riçard Almeydadan başqa Serbiya yığmasının futbolçusu Antonio Rukavinanı da heyətinə qatıb.