Dmitri Savelyev ünvanına səslənən hədələrə münasibət bildirib


Siyasət 04 İyl 2018 14:35:00 345 0

Dmitri Savelyev ünvanına səslənən hədələrə münasibət bildirib

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev iyulun 3-də "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" verilişində onun ünvanına səslənən hədələrə münasibət bildirib.

Son.az xəbər verir ki, D. Savelyev APA-ya açıqlamasında V.Solovyovun proqramında səslənən fikirləri sayıqlama adlandırıb. "Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm", - deyə D. Savelyev vurğulayıb.

Qeyd edək ki, "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir".