Bakıda 22 nəfər liftdə qalıb


Digərləri 04 İyl 2018 14:03:00 255 0

Bakıda 22 nəfər liftdə qalıb

Bakı şəhəri ərazisində 22 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar uğurla başa çatıb.