Bərdədə yol qəzasında 2 nəfər öldü


Digərləri 04 İyl 2018 14:04:00 199 0

Bərdədə yol qəzasında 2 nəfər öldü

DİN Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölüb.