“Atəşgah” “Cümhuriyyət zirvəsi”ni fəth etdi


Digərləri 04 İyl 2018 13:47:06 329 0

“Atəşgah” “Cümhuriyyət zirvəsi”ni fəth etdi

“Atəşgah” Sığorta Şirkətinin 16 nəfər əməkdaşından ibarət qrup “Cümhuriyyət zirvəsi”nə uğurlu alpinist yürüşü həyata keçirib.

Bakı. 22 illik fəaliyyəti dövründə tariximizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasını əsas tutan, Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin 16 nəfər əməkdaşından ibarət qrup "Atəşgah" SŞ İdarə heyətinin sədri Azər Əliyev başda olmaqla, 30 İyun-1 İyul 2018-ci il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, Qusar rayonu ərazisində, Tufandağın yan silsiləsində yerləşən “Cümhuriyyət zirvəsi”nə uğurlu alpinist yürüşü həyata keçirib. Olduqca çətin marşrutlardan ibarət bu yürüş Azərbaycanın ən qədim və ən ucqar yaşayış məntəqələrindən biri sayılan Xınalıq kəndindən başlayıb. Şirkət əməkdaşları 1 iyul 2018-ci il tarixində, saat 11:30-da böyük şücaət göstərərək 3740 metrlik zirvəni uğurla fəth edib və orada bayrağımızı dalğalandırıblar. Beləliklə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunan, şirkətin xanım əməkdaşlarının da iştirak etdiyi bu möhtəşəm yürüşlə öz fəaliyyət prinsipinin tərkib hissəsi olan və daim əməl etdiyi “tariximizə ehtiram və vətənpərvərliyin təbliği” missiyasını Azərbaycanın ucqar nöqtələrindən birində “Cümhuriyyət zirvəsi”ndə həyata keçirmiş olub.