Bakıda quldurluq Sürücü ilə sərnişin maşında qadına bıçaq dirəyib pulunu aldılar FOTO


Kriminal 04 İyl 2018 13:22:00 280 0

Bakıda quldurluq  Sürücü ilə sərnişin maşında qadına bıçaq dirəyib pulunu aldılar  FOTO

Bakıda qadına bıçaqla hücum edib pulunu soyan şəxslər hadisə yerindən qaçsalar da, polisdən qaça bilmədilər.

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb. DİN-dən Son.az-a verilən məlumata görə, Bakı şəhər sakini Leyla Kazımova metronun "Əhmədli" stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi "Mersedes" markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib.

Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.


Xəbərə aid fotolar