Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib


Digərləri 04 İyl 2018 13:11:13 256 0

Metroların qarşısına təcili yardım briqadaları yerləşdirilib

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova sosial şəbəkədə yayıb. O bildirib ki, BŞTTTYS-in 103 xidməti artıq havaların istiləşməsi ilə bağlı bir neçə gündür ki, gücləndirilmiş iş rejimində çalışır. İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdiriliblər:

"Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.

Dünən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidmətinə ümumilikdə 2133 müraciət daxil olub. Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib.