Sabahdan hava sərinləşəcək


Digərləri 04 İyl 2018 12:51:00 237 0

Sabahdan hava sərinləşəcək

İyulun əvvəlindən ölkə ərazisində müşahidə edilən anomal istilərdən sonra iyulun 5-i günün ikinci yarısından başlayaraq, hava şəraiti dəyişəcək.

Son.az xəbər verir ki, Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyulun 5-i günün ikinci yarısından başlayaraq, havanın temperaturu tədricən enəcək. İyulun 6, 7 və 8-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq. Hava küləkli olacaq, arabir isə güclənən şimal və şimal-qərb küləyi əsəcək.

U.Tağıyeva qeyd edib ki, iyulun 6, 7 və 8-də Abşeron yarımadasında havanın temperaturu 32-37 dərəcə arasında dəyişəcək.