Millimizin futbolçusu Astana ilə müqavilə bağladı


İdman 04 İyl 2018 12:47:00 279 0

Millimizin futbolçusu Astana ilə müqavilə bağladı

Qazaxıstanın Astana klubu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ilə müqavilə bağlayıb. 

Goal.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir. Lakin mərkəz yarımmüdafiəçi ilə müqavilənin müddət və detalları açıqlanmır. O, yeni klubuna azad agent qismində keçib. 

Astana-nın baş məşqçisi Qəbələ-dən ayrılan Roman Qriqorçukdur. 

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən Qarabağ formasını geyinib. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək, milli komandada debüt edib. O, indiyədək yığmanın heyətində 8 oyuna çıxıb. Almeydanın Qarabağ-la 2017-2018 mövsümünün sonunda başa çatan müqaviləsi uzadılmayıb.