Alman nəhəngləri fransız futbolçu ilə maraqlanır


İdman 04 İyl 2018 12:23:00 353 0

Alman nəhəngləri fransız futbolçu ilə maraqlanır

Shtutgart və Fransa millisinin müdafiəçisi Benjamen Pavar dünya çempionatındakı oyunu ilə digər klubların diqqətini çəkib.

Goal.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, Bayern Munich, Borussia (Dortmund) və Leipzig onun transferində maraqlıdır.

Lakin Shuttgart gənc oyunçu ilə yollarını ayırmaq niyyətində deyil. Klubun idman direktoru Mixael Reşke açıqlamasında deyib: “Hətta 50 milyon avro təklif etsələr belə, bu yay Pavarı əldən vermək fikrimiz yoxdur. Biz onun daha bir il bizimlə qalması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”.

Qeyd edək ki, Benjamen Pavar Fransa millisinin heyətində DÇ-2018-də sağ cinah müdafiəçisi kimi meydana çıxır. O, Argentina ilə oynanılan 1/8 matçında rəqib qapısına yol tapmışdı.