DİN İsmayıllıda baş verən qətllə bağlı məlumat yayıb


Digərləri 04 İyl 2018 12:32:24 220 0

DİN İsmayıllıda baş verən qətllə bağlı məlumat yayıb

Tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirmiş İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov saxlanılıb

Bakı. Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş verən qətllə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirib.