Sumqayıtda 14 top mərmisi tapılıb (FOTO)


Digərləri 04 İyl 2018 12:14:37 266 0

Sumqayıtda 14 top mərmisi tapılıb (FOTO)

Sumqayıtda 14 top mərmisi tapılıb

Bakı. Sumqayıtda 14 top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.