Sabiq MTN əməkdaşının məhkəməsi başladı


Digərləri 04 İyl 2018 12:05:00 327 0

Sabiq MTN əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.

T.Rəcəbov bildirib ki, hazırda bizneslə məşğul olur.

Daha sonra təqsirləndirilən şəxs ittiham aktını əldə etmədiyini söyləyib.

Məhkəmə iclası iyulun 11-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.