VTB bankı azərbaycanlı ixracatçıları maliyyələşdirməyə hazırdır (FOTO)


Digərləri 04 İyl 2018 12:02:38 253 0

VTB bankı azərbaycanlı ixracatçıları maliyyələşdirməyə hazırdır (FOTO)

“Azexport” elektron ticarət portalı və VTB (Azərbaycan) bankı bu gün əməkdaşlıq memorandumu imzalayıb

Bakı. Hüseyn Vəliyev - “Azexport” elektron ticarət portalı və VTB (Azərbaycan) bankı bu gün əməkdaşlıq memorandumu imzalayıb. Trend-in məlumatına görə, sənədə əsasən azərbaycanlı ixracatçılar bankın təmsil olunduğu ölkələrdə ixracın maliyyələşdirilməsi üçün yeni imkanlar qazanacaq. Bundan başqa, memorandum birgə tədbirlər və konfransların keçirilməsi, biznes-missiyaların təşkili, məlumat mübadiləsinin, o cümlədən yeni sığorta, logistika və nəqliyyat imkanlarının təqdim olunmasını nəzərdə tutur. Memorandumu “Azexport” portalının rəhbəri Zaur Qardaşov və VTB (Azərbaycan) bankının İdarə heyətinin sədri Yevgeni Kirin imzalayıb.