Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub VİDEO


Digərləri 04 İyl 2018 11:51:00 367 0

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub  VİDEO

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib. Qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib.