Səhiyyə Nazirliyi: Metrodan təxliyə edilərək xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir


Digərləri 04 İyl 2018 11:44:00 235 0

Səhiyyə Nazirliyi: Metrodan təxliyə edilərək xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir

Dünən axşam saatlarında Bakı Metropolitetində baş vermiş hadisə ilə əlaqədar 19 nəfər xəstəxanaya müraciət edib.

Bakı. İlhamə İsabalayeva - Dünən axşam saatlarında Bakı Metropolitetində baş vermiş hadisə ilə əlaqədar 19 nəfər xəstəxanaya müraciət edib. Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib. Onun sözlərinə görə, müraciət edənlərin 6-sı müxtəlif xəstəxanalara yerləşdirilib. Onların halsızlıq, başağrısı və s. kimi şikayətləri olub.