"Bank VTB (Azerbaijan)" yerli ixracatçılara dəstək verəcək


İqtisadiyyat 04 İyl 2018 11:38:50 400 0

"Bank VTB (Azerbaijan)" yerli ixracatçılara dəstək verəcək

"Azexport" portalı və bank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, "Azexport" portalı və "Bank VTB (Azerbaijan)" ASCarasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Report" xəbər verir ki, sənədi portalın rəhbəri Zaur Qardaşov və Bankın İdarə Heyətinin sədri Kirin Yevqeniy Anatoleviç imzalayıblar.

Memorandumun məqsədi "VTB Bank" qrupunun təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni imkanların yaradılması, birgə tədbirlərin və konfransların keçirilməsi, biznes missiyalarının təşkil edilməsi, "Azexport"un imkanları barədə məlumat mübadiləsi, eyni zamanda yeni siğorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsidir.