Bakıda 62 nəfəri gün vurub


Digərləri 04 İyl 2018 11:33:00 278 0

Bakıda 62 nəfəri gün vurub

Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 62 nəfər günvurma şikayəti ilə müraciət edib.

Bakı. İlhamə İsabalayeva - Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 62 nəfər günvurma şikayəti ilə müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 22-ə ambulator yardım göstərilib, 40-a isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edən 62 nəfərin 46-sı kişi, 12-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.