Azərbaycan turizm sahəsində dünya üzrə keçirilən startap yarışmasına qoşulur


Digərləri 04 İyl 2018 11:21:00 289 0

Azərbaycan turizm sahəsində dünya üzrə keçirilən startap yarışmasına qoşulur

Azərbaycan Ümumdünya Turizm Təşkilatının keçirdiyi turizm start-up müsabiqəsinə qoşulur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Ümumdünya Turizm Təşkilatının keçirdiyi turizm start-up müsabiqəsinə qoşulur. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, BMT-nin Ümumdünya Turizm Təşkilatı 20-dən çox ölkədə turizm sahəsində fəaliyyət göstərən mərkəzləri birləşdirən ispan-amerikan şirkəti olan “Qlobalia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində turizm start-up müsabiqəsini elan edib. Müsabiqə miqyasına görə dünyanın ilk və ən böyük təşəbbüsü kimi turizm sahəsinə köklü dəyişikliklər gətirəcəyi gözlənilən ən uğurlu yanaşmaları taparaq yaranmaqda olan və hazırda trend olan yeni innovasiya və texnologiyaların tətbiqi üzrə, eləcə də dövri iqtisadiyyat kimi yeni biznes modelləri üzrə startapların dəstəklənməsinə istiqamətlənib.