Bakıda qadına bıçaqla hücum edən şəxslər tutulub (FOTO)


Digərləri 04 İyl 2018 11:13:00 261 0

Bakıda qadına bıçaqla hücum edən şəxslər tutulub (FOTO)

Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb.

Bakı. Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Leyla Kazımova metronun “Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi “Mersedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.