Vergilər nazirinin müşaviri vəzifəsindən azad olunub - Başqa TƏYİNATLAR var


Digərləri 04 İyl 2018 11:01:00 256 0

Vergilər nazirinin müşaviri vəzifəsindən azad olunub - Başqa TƏYİNATLAR var

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

Bakı. Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri olub. Nazırlikdən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib. Bundan başqa Nazirlikdə çoxlu yerdəyişmələr və təyinatlar aparıldığı bildirilib. Məlumata görə, Ülvi Mansurov Rəqəmsal Texnologiyalar Departamentinə rəhbər təyin olunub. Bundan başqa, Vergi Auditi Departamentinə Camal Qasımov, Vergi Ödəyicilərinə Xidmət Departamentinə Elçin Məmmədov, Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.