Hazırkı hava şəraiti açıqlandı


Digərləri 04 İyl 2018 10:51:00 269 0

Hazırkı hava şəraiti açıqlandı

Səhər saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın faktiki temperaturu 34-36 dərəcə təşkil edib.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında zəif dəyişkən istiqamətli külək əsir.

Direktor qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq: "Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gündüz 39-41 dərəcə isti olacağı gözlənilir".