Bu gün Bakıda milli su siyasətinin hazırkı vəziyyəti müzakirə olunur


Digərləri 04 İyl 2018 10:52:00 265 0

Bu gün Bakıda milli su siyasətinin hazırkı vəziyyəti müzakirə olunur

Bu gün Bakıda Azərbaycanın Su Sektoru üzrə Milli Siyasi Dialoqunun Rəhbər Komitəsinin 7-ci görüşü keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mütəllim Əbdülhəsənov bildirib ki, görüşün məqsədi milli su siyasəti ilə bağlı əsas məsələləri və Avropa İttifaqının Su Təşəbbüsü plyus (AIST+) layihəsi çərçivəsində həyata keçirilən cari fəaliyyətin statusunu müzakirə etməkdir.

Görüş həm də Azərbaycanda icra olunan digər beynəlxalq layihələrlə birgə fəaliyyəti gücləndirmək üçün platforma olacaq.

M.Əbdülhəsənov qeyd edib ki, Azərbaycan Aİ-nin su siyasətinin həyata keçirilməsi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirir.